Bazar, 19 May

Hindistanda COVID fırtınası: Yoluxma sayı 25 milyonu ötdü

image

Hindistanda son sutka ərzində 263 533 nəfər koronavirusa yoluxub.

Xəbər verilir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, ölkədə COVID-19 xəstələrinin sayı 25,2 milyonu ötüb.

Gün ərzində koronavirusdan daha 4329 nəfər ölüb. Pandemiya qurbanlarının ümumi sayı 278 719 nəfərdir. Bu günə qədər Hindistanda 21,5 milyondan çox insan virusdan sağalıb.

Bundan əvvəl Hindistanın baş naziri Narendra Modi ölkədə "koronavirus fırtınası"nın müşahidə olunduğunu bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41