Çərşənbə, 15 May

64 yaşlı qadının beynində SOXULCAN AŞKARLANDI - UZUNLUĞU 8 SM-DİR - FOTO

image

Avstraliyada hər kəsi şoka salan olay yaşanıb.

Xəbər verilir ki, xəstəxanaya unutqanlıq və depressiya şikayətləri ilə gələn bir xanımın beynində 8 sm uzunluğunda soxulcan aşkar edilib.

Hadisə Kanberra şəhərində yaşanıb, xəstəxana həkimlərinin apardığı araşdırmalara əsasən, bu növ soxulcanlar piton ilanlarda rast gəlinir.

Baş verən hadisə heyvanlardan insanlara xəstəliyin keçmə riskinin nə qədər yüksək olduğunu bir daha göstərib.
Həkim 64 yaşlı xəstənin beynində diri soxulcanı görən zaman çox təəccüblənib. Qadının yaxınları isə onun piton ilanlarla əhatə olunan ərazidə yaşadığını bildiriblər.

O ilanlarla təmasda olmasa da, həmin ərazidən ot yığdığı və bunları yeməklərində istifadə etdiyi bildirilib. Xəstənin beyninə soxulcanın bu yolla getdiyi deyilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00