Çərşənbə, 01 May

Kəmaləddin Heydərovdan kritik qərar: İdarəni iki yerə böldü, vəzifə sayı artdı

image

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlunun rəhbəri olduğu idarəni iki quruma ayırıb.

Məlumata görə, polkovnik Seymur Qaraşov Fövqəladə Halların Xəbərdar Edilməsi və Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib. Qurum iki hissəyə bölünüb və yerində Fövqəladə Halların Xəbərdar Edilməsi İdarəsi və Daxili Təhlükəsizlik Baş İdarəsi yaradılıb.

Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Seymur Qaraşov Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi təyin edilib.

Fövqəladə Halların Xəbərdar Edilməsi İdarəsi və Daxili Təhlükəsizlik Baş İdarəsinin Seymur Qaraşovdan öncəki rəisi, polkovnik Sahib Rzayev isə Fövqəladə Halların Xəbərdar Edilməsi İdarəsinin rəisi təyin olunub.

Xatırladaq ki, ötən ay Seymur Qaraşov Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad olunaraq, nazirliyin Fövqəladə Halların Xəbərdar Edilməsi və Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi təyin edilmişdi.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42