Cümə axşamı, 16 May

İrəvan-Qafan reysi yenə baş tutmadı

image

İrəvan-Qafan reysi ilə uçan təyyarə bu gün Ermənistanın paytaxtından havaya qalxsa da, Sünikdə enə bilməyib və İrəvana qayıdıb.

Xəbər verilir ki, buna səbəb kimi yenidən hava şəraiti göstərilib. 

Qeyd edək ki, avqustun 25-də də İrəvan-Qafan reysi baş tutmayıb. Həmin gün də əlverişsiz hava şəraiti əsas göstərilmişdi. 

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bildirmişdi ki, bu həftədən etibarən İrəvandan Azərbaycanla həmsərhəd olan Qafanda müntəzəm reyslər həyata keçiriləcək.

Azərbaycanla sülh müqaviləsi imzalamadığı halda Ermənistanın sərhəddə hava limanını istifadəyə verməsi ölkəmizdə etirazla qarşılanmışdı.

Ermənistan bu aeroportun açılışını indiyədək "təhlükəsizlik səbəbi ilə” bir neçə dəfə təxirə salıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00