Çərşənbə, 15 May

İnfeksionistdən AÇIQLAMA: Yayda insanlar ən çox bu xəstəliklərdən əziyyət çəkir

image

Havaların isti keçməsi insanları soyuq qidalardan və sudan istifadə etməyə məcbur edir ki, bu da bir sıra xəstəliklərin yaranmasına səbəb olur.

Xəbər verilir ki, bu barədə Trend-ə açıqlama verən infeksionist Mərdan Əliyev bildirib ki, hazırda baş verən xəstəliklərin çoxu angina, faringit, sinusitlərdir.

"Bunlar da bakterial infeksiyalardır və daha çox soyuq qidalardan, soyuq sulardan istifadə nəticəsində yaranır. Bunun da əsas simptomları qızdırma, öskürək, boğaz ağrısı, burun axıntısı, gözlərin qızarması ola bilər.

Digər tərəfdən, mədə-bağırsaq pozğunluqlarına rast gəlirik və bu da isti havalarda qidaların düzgün saxlanılmaması nəticəsində baş verir", - deyə o qeyd edib.

M.Əliyev əlavə edib ki, hazırda hansısa bir virusun geniş yayılması hallarına rast gəlinmir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00