Çərşənbə, 15 May

Havay adalarında yanmayan “Möcüzə ev”in sahibi danışdı - FOTO

image

Havay adalarında baş verən güclü yanğınlarda yanlız bir ev heç bir zərər görməyib. 

Xəbər verilir ki, Lahainada yerləşən bu ev sahil zolağında yanmayan yeganə ev kimi qeyd edilib.

Sözügedən evin sahibi bunun səbəbini açıqlayıb. O bildirib ki, taxtadan olan evdə bir müddət əvvəl bəzi dəyişikliklər edilib. Dam örtüyünə metal maddə qatılıb və evin ətrafındakı hündür kollar kəsilərək yerinə daşlar düzülüb.

Evə edilən bu dəyişikliklər onu yanmaqdan xilas edib. 114 nəfərin öldüyü, 2700-dən çox binanın zədələndiyi yaxud tamamilə dağıldığı fəlakətdə o evin zərər görməməsi müzakirə obyektinə çevrilib.

Bu ev “Möcüzə ev” adlandırılıb. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00