Cümə axşamı, 16 May

ABŞ-də minlərlə reys ləğv edildi

image

ABŞ-nin Kaliforniya əyalətinin cənubunda "Hilari" qasırğası daşqınlarla nəticələnən şiddətli yağışlara səbəb olub.

Xəbər verilir ki, əlverişsiz hava şəraiti ABŞ-nin xüsusən San-Dieqo aeroportunda və Nevada ştatındakı Harri Rida aeroportunda mindən çox aviareysin ləğv edilməsinə səbəb olub. Təxminən 5 min reysdə isə gecikmələr olub.

Meksikanın Santa-Rosaliya şəhərində isə ən azı bir nəfər təbii fəlakətin qurbanı olub. O avtomobilin su axınına çevrilməsi nəticəsində həlak olub.

Qasırğa nəticəsində ölkənin bir çox hissəsində elektrik naqilləri kəsilib, ağaclar aşıb.

ABŞ-nin Kaliforniya və Nevada ştatlarında qasırğa ilə əlaqədar fövqəladə vəziyyət elan olunub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58