Çərşənbə, 15 May

Ruslar separatçıları Qarabağdan buna görə çıxardır

image

Hazırda Qarabağdan gedənlərin əksəriyyəti, çox güman ki, müharibədə iştirak edən şəxslərdir. Sülhməramlıların nəzarət etdiyi ərazidə yaşayan erməni separatçılardan hər hansı birinin Azərbaycana qarşı cinayət törətmədiyinə inanmıram.

Bu sözləri politoloq Turab Rzayev Rusiya vətəndaşlığını qəbul etmiş ermənilərin Qarabağı tərk etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfinin qəti mövqeyi separatçıları aradan çıxmağa məcbur edib:

“Qarabağda yaşayan Rusiya vətəndaşlarının çoxunun əli azərbaycanlı qanına batıb. 44 günlük Vətən müharibəsində təkcə Rusiya deyil, Fransa, Livan, Kanada vətəndaşlarının da bu münaqişədə aktiv iştirakını gördük. Odur ki, bu şəxslər yavaş-yavaş ərazini tərk edir. Gələcəkdə sərhəd keçid-məntəqəsində həbs olunmasınlar deyə, əli Azərbaycan əsgərinin qanına batan şəxslər Rusiyanın köməyi ilə oradan çıxarılır”.

Politoloq bildirib ki, Azərbaycanın separatçılara qarşı həyata keçirə biləcəyi antiterror əməliyyatı da bu cür qaçışları intensivləşdirib:

“Onlar separatçı rejiminin qalıqlarına qarşı yaxın zamanlarda Azərbaycanın təmizləmə əməliyyatı aparacağını gözləyirlər. Məhz bu səbəbdən onların içərisində olan Rusiya vətəndaşları hədəf olmasınlar və Azərbaycan əsgərinin əlinə keçməsinlər deyə, Qarabağdan çıxarılır”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00