Cümə axşamı, 16 May

Bill Qeytsi vəzifəsindən kənarlaşdırdı - Sözçü iddianı rədd etdi

image

"Microsoft”un qurucusu Bill Qeytsin ötən il idarə heyətini tərk etməsi səbəbi məlum olub.

Xəbər verilir ki, idarə heyətinin üzvləri Bill Qeytsin şirkətdə bir qadın əməkdaşla münasibəti səbəbindən onun əleyhinə qərar verməyə hazırlıq görüblər.

Məlumata görə, mühəndis qadın məktubunda bir ildən çoxdur Qeytslə birlikdə olduğunu yazıb. İdarə heyəti 2019-cu ilin sonlarında araşdırma başladıb. Sonda Bill Qeytsin idarə heyətində təmsilçiliyi məqsədəuyğun sayılmayıb.

Bill Qeyts isə araşdırma başa çatmamış idarə heyətini tərk etmək üçün istefa ərizəsi yazıb.

Bill Qeytsin sözçüsü istefanın bu mövzu ilə əlaqəsi olmadığını deyib: “Bu, 20 il əvvəlin əhvalatıdır və dostluqla sona çatıb. İdarə heyətindən çıxmaq qərarı bu məsələ ilə əlaqəli deyil. Cənab Qeyts xeyriyyəçilik fəaliyyətinə daha çox vaxt ayırmaq istəyir”.

Qeyd edək ki, Bill Qeyts idarə heyətinə yenidən seçildikdən üç ay sonra, 2020-ci il martın 13-də istefa verib. 2000-ci ilə qədər “Microsoft”un baş direktoru olan Qeyts 2006-cı ilə qədər baş proqram memarı, 2014-cü ilə qədər isə idarə heyətinin sədri olub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00