Cümə, 17 May

Uşaqlar arasında yeni növ viruslar yayılır - Pediatr

image

Son günlər uşaqların arasında yeni növ virus yayılır. Xəstəlik yüksək hərarətlə, ürək bulanması və ishalla müşahidə olunur. 

Həkim-pediatrların sözlərinə görə, son günlərdə xəstəxanalara bu simptomlarla müraciətin sayı bir neçə dəfə çoxalıb, hətta xəstəxanalara yerləşdirilən uşaqlar da var.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev Turana bildirib ki, son zamanlarda uşaqlar arasında rast gəlinən hallar adenovirusdur: 

"Bu üst tənəffüs yolunu tutan viruslardur. Virus yüksək hərarət, öncə quru, daha sonra isə bəlğəmli öskürəklə müşahidə olunur. 5-6 gündən sonra əlamətlər yavaş-yavaş azalır". 

Ekspertin sözlərinə görə, virus toplum xarakterlidir: "Yəni, uşaqlar bir-birləri ilə yaxın təmasda olanda hava-damcı yolu ilə ötürə bilirlər.

Bəzi hallarda gözlərdə konyuktivit, mədə-bağırsaqda narahatçılıq da müşahidə edilir. Virusun müalicəsi simptomatikdir".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58