Çərşənbə axşamı, 30 Aprel

Bu təklif də tıxac problemini həll etməyəcək — Ekspertdən REAKSİYA

image

Deputat Vüqar Bayramov iş saatlarının dəyişdirilməsi ilə bağlı təklif irəli sürüb.

O deyib ki, bir sıra inkişaf etmiş ölkələrdə işə başlama və işin başa çatma saatlarının fərqləndirilməsi tıxacların azaldılmasında istifadə edilən mühüm və səmərəli metodlardan biridir.

Deputat təklif edib ki, dövlət sektoru işə özəl sektordan tez başlasın və işi daha erkən bitirsin. Onun fikrincə bu, günün pik saatlarında tıxacı azalda bilər. 

V.Bayramovun təklifinə münasibət bildirən nəqliyyat eksperti Rövşən Həsənov bildirib ki, bunun heç bir müsbət təsiri olmayacaq:

“Bununla tıxacların qarşısını almaq mümkün deyil. 8 saatlıq iş qrafiki var. Gecə növbəsində işləyənlərə bir gün yatmağa vaxt ayrılır, digər günsə istirahətçün verilir. Bu, standartdır”. 

Ekspert qeyd edib ki, tıxac problemi kompleks yanaşma tələb edir:

“Tıxacların aradan qaldırılması iş saatlarının dəyişdirilməsi və ya qısaldılması ilə həllini tapan məsələ deyil. Ümumtəhsil idarələri – məktəblər, universitetlər, bağçalar var, onların qarşısında parklanma yerləri salınmalıdır. Bir ara şəhərdə tikinti bumu gedirdi. Həmin vaxt bir çox binalarda parkinqlər ümumiyyətlə salınmadı. Orta hesabla bir ailədə bir maşın var. Bir blokda nə qədər ailə yaşayır, harada park etsinlər?!”

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42