Çərşənbə axşamı, 30 Aprel

Dəniz Akademiyasının rektoru Heydər Əsədovun korrupsiya əməlləri - Faktlar

image

Blogger Mehman Hüseynov öz sosial şəbəkə hesablarında Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədovun korrupsiya əməlləri ilə bağlı araşdırmasını paylaşıb. 

O, araşdırmada keçmiş kənd təsərrüfatı naziri indi isə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru olan Heydər Əsədovun dövlət büdcəsindən oğurladığı Azərbaycan xalqına məxsus olan milyonları talaması haqqında faktlara yer verib. Eyni zamanda Heydər Əsədov korrupsiyaya görə Kənd Təsərüfatı nazirliyindən qovulduğunu, sonra isə Dəniz Akademiyasına rektor vəzifəsinə təyin olunduğunu qeyd edilir.

Mehman Hüseynovun sözlərinə görə, Heydər Əsədov Akademiyanın tələbələrinin pullarını öz ailəsi üçün xərcləyir. Heydər Əsədov da Bakıda dəbdəbəli həyat yaşayır. Onun “Vorovski” adlanan ərazidə bir neçə milyonluq villası var. O, əldə etdiyi milyonlarla dolları övladlarının əlləri ilə ölkədən çıxarıb. Onun üç övladı var: Vagif, Asif və Fəridə. Hər üç övladı bizneslə məşğuldur. Hər üç övladı dəbdəbəli həyat yaşayır. Hər üç övladının xarici vətəndaşlılıqları var. 

Heydər Əsədovun kiçik oğlu Asif də London küçələrində Bakı seriyası olan 90-HO-505 nömrə nişanlı Porşe markalı maşınla avtoşluq edir.

Heydər Əsədov həm keçmiş nəqliyyat naziri Ziya Məmmədovla, həm də Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayevlə qudadır. Rektorun qızı Fəridə Ziya Məmmədovun oğlu Anarla evlidir. Onların Bakıda biznes şəbəkələri var. “NAZ Couture” brend geyim mağazası və “Royal Estetik” Klinikası Fəridə Əsədovaya məxsusdur.

Rektorun oğlu Vagif isə Gömrük komitəsinin sədr müavini Əsgər Abdullayevin qızı Günayla evlidir. Onları Türkiyədə turizm şirkəti var.

Mehman Hüseynovun geniş aradırmasını təqdim edirik:
 

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42