Çərşənbə axşamı, 30 Aprel

Nənə 2 yaşlı nəvəsinə işgəncə verdi

image

Sumqayıtda 2 yaşlı uşağın nənəsi tərəfindən döyülməsi ilə bağlı məlumat yayılıb.

Xəbər verilir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, 2 yaşlı uşaq nənəsinin fiziki işgəncələrinə məruz qalıb:

"Uşaq Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən aşkarlanaraq sığınacağa yerləşdirilib. Körpə bir həftə xəstəxanada nəzarətdə qalıb”.

Hüquq müdafiəçisinin sözlərinə görə, uşaqların anası bir müddət öncə dünyasını dəyişib:

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi, həmin nənədə daha iki uşaq var”.
Ətraflı

***

Sumqayıt şəhəri ərazisində yaşayan Abdullayeva Ülviyyə Rəsul qızının himayəsində olan 2 yaşlı uşağı baxımsız şəraitdə saxlaması barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olub.

Məlumat əsasında polis əməkdaşları həmin ünvanda Ü.Abdullayevanın himayəsində olan 3 azyaşlıdan biri - 2021-ci il təvəllüdlünün bədənində müxtəlif xəsarətlər aşkar ediblər.

Azyaşlı himayəsində olan nənəsi ilə birlikdə Təcili Tibbi Yardım Şöbəsinə gətirilib. İlkin müayinə zamanı azyaşlının fiziki va psixoloji cəhətdən öz yaşıdlarından geri qalması və sağ qulağında xəsarətlər aşkar edilib. Azyaşlı tibbi yardım göstərilməsi və müvəqqəti olaraq qalması üçün polis əməkdaşları tərəfindən sığınacağa yerləşdirilib.

Hazırda faktla bağlı Sumqayit ŞPİ-nin Təhqiqat Şöbəsində araşdırma aparılır, müvafiq ekspertizalar təyin edilib.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42