Cümə, 17 May

Ekvadorda mafiya üzvləri prezidentliyə namizədin qətlinə görə müraciət yaydılar - YENİLƏNİB

image

Ekvadorda mafiya üzvləri prezidentliyə namizədin qətlinə görə məsuliyyəti öz üzərlərinə götürüblər

Ekvadorun ən böyük mafiya qruplarından biri olan “Los Lobos” prezidentliyə namizəd Fernando Vilyavisensionun qətlinə görə məsuliyyəti öz üzərinə götürüb.

Cinayətkarlar bildiriblər ki, Fernando Vilyavisensio dəfələrlə öz vədlərinə xilaf çıxıb və korrupsiyaya bulaşıb.

Mafiya üzvlərinin videomüraciəti sosial şəbəkələrdə paylaşılıb.

11:09

Təhlükəsizlik qüvvələri Ekvador prezidentliyinə namizəd Fernando Vilyavisensionun qətlində şübhəli bilinən şəxsi zərərsizləşdirib.

O, saxlanıldığı zaman ağır yaralanıb.

Bu barədə ölkənin Baş Prokurorluğu məlumat verib.

“Təhlükəsizlik işçiləri ilə atışmada yaralanan şübhəli nəzarətə götürülüb və ağır vəziyyətdə Kito Prokurorluğunun şöbəsinə aparılıb. Təcili yardım onun ölümünü təsdiqləyib”, - deyə prokurorluqdan bildirilib.

Ekvador prezidentliyinə namizədə hücum nəticəsində azı doqquz nəfərin yaralandığı bildirilir.

Bundan əlavə, Ekvador Prezidenti Gilyermo Lasso ölkədə iki ay müddətinə fövqəladə vəziyyət rejimi elan edib.

“Ümummilli səviyyədə 60 günlük fövqəladə vəziyyət elan edilir və Silahlı Qüvvələrin bütün ölkə ərazisində səfərbərliyi təmin edilir”, - deyə o qeyd edib.

Ölkədə növbədənkənar prezident seçkisi avqustun 20-də keçirilməlidir, o ləğv edilməyib.

09:08

Ekvadorda ölkə prezidentliyinə namizəd Fernando Vilyavisensio seçkiqabağı görüşdən sonra naməlum şəxslər tərəfindən öldürülüb.

Onun ölüm xəbərini hazırkı dövlət başçısı Gilyermo Lasso təsdiqləyib.

“Onun xatirəsi və mübarizəsi naminə sizi əmin edirəm ki, bu cinayət cəzasız qalmayacaq. Yaxın bir neçə dəqiqə ərzində dövlətin Təhlükəsizlik Şurası Prezident Sarayında toplaşacaq”, – Ekvador prezidenti özünün “X” hesabında yazıb.

Yerli mətbuat yazır ki, prezidentliyə namizədin baş nahiyəsinə üç güllə vurulub. O, hadisə yerindəcə keçinib.

İlkin məlumatlara görə, hücum bir neçə şəxs tərəfindən təşkil edilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58