Çərşənbə axşamı, 30 Aprel

Rüfət Səfərovla bağlı qalmaqal: ”Sevgilimə sataşdığı üçün..” 

image

Bir neçə gün öncə keçmiş müstəntiq, hazırda hüquq müdafiəçiliyi ilə məşğul olan Rüfət Səfərov ölümlə hədələnməsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıb. Bu barədə Rüfət Səfərov öz feysbuk səhifəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, əvvəllər qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham edilərək məhkum olunmuş Nasir Əsgərov adlı şəxs tərəfindən ölümlə hədələnib. Hüquq müdafiəçisi təhdidlərin son günlərdə sosial şəbəkələrdə “Tərtər işi” ilə bağlı məsələləri gündəmə gətirdiyi üçün baş verdiyini iddia edib.

17 may tarixində isə Rüfət Səfərov müraciətinin Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürüldüyünü bildirib. Belə ki, Nasir Əsgərovun olduğu yer müəyyən edilərək polisə gətirilib, izahatı alınıb, hazırda araşdırma aparılır.

Nasir Əsgərovun izahatı əsasında baş verənlərin həqiqi səbəbi də ortaya çıxıb. Aydın olub ki, Nasir Əsgərov heç də iddia edildiyi kimi “sifarişlə” yox, şəxsi səbəblərə görə Rüfət Səfərovu təhdid edib. Buna səbəb isə Rüfət Səfərovun sosial şəbəkədə Nərmin Şamilbəyli adlı xanımla münasibət qurmağa çalışması olub. Adı çəkilən xanımla sevgili olduğunu bildirən Nasir Əsgərov məhz bu səbəblə Rüfət Səfərovu təhdid etdiyini bildirib.

Qeyd edək ki, Rüfət Səfərov Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi olub. O, rüşvət almaqda təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2019-cu ilin martında Prezident İlham Əliyevin sərəncamı ilə əfv olunaraq azadlığa buraxılıb.
 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42