Şənbə, 18 May

Moskvada güclü partlayış oldu - 38 yaralı (YENİLƏNİB)

image

Rusiyanın Moskva vilayətinin Sergiyev Posad şəhərində zavodda baş vermiş partlayış nəticəsində yaralananların sayı 38 nəfərə çatıb.

Xəbər verilir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov “Telegram” kanalında bildirib.

Onun sözlərinə görə, hazırda Sergiyev Posadda partlayış baş verən yerdə dağıntılar təmizlənir.

*** 13:21

Moskva vilayətinin Serqiyev Posad şəhərindəki zavodda baş verən partlayış nəticəsində yaralananların sayı 25 nəfərə çatıb.

Xəbər verilir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Onlardan ikisi xəstəxanaya yerləşdirilib.

***12:48

Moskva vilayətinin Serqiyev Posad şəhərindəki zavodda baş verən partlayış nəticəsində yaralananların sayı arıtb.

Xəbər verilir ki, xəsarət alanların sayı 16 nəfərə çatıb.

***12:27

Rusiya paytaxtı Moskva yaxınlığındakı Sergiyev Posadda yerləşən optik-mexaniki zavodda partlayış baş verib.

Xəbər verilir ki, partlayışdan sonra zavodda tam təxliyə elan edilib, təhlükəsizlik qüvvələri və yerli rəhbərlik hadisə yerinə gəlib.

Hadisənin səbəbləri araşdırılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41