Bazar ertəsi, 06 May

O ölkənin addımı Kremli silkələdi - Lavrov dərhal zəng etdi

image

Çin və Rusiya xarici işlər nazirləri Vanq Yi və Sergey Lavrov arasında telefon danışığı olub.

Xəbər verilir ki, danışıqlar zamanı çinli nazir rusiyalı həmkarını Pekinin Ukraynadakı müharibə ilə bağlı müstəqil və qərəzsiz mövqeyini qoruyacağına inandırıb.

Nazirlər arasında söhbət Ukrayna ilə bağlı Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən sammitdən sonra baş tutub.

“Tərəflər Ukrayna böhranı və ümumi maraq kəsb edən digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Vanq Yi Çinin müstəqil və qərəzsiz mövqeyini müdafiə edəcəyini, obyektiv və rasional hərəkət edəcəyini, sülh danışıqlarını fəal şəkildə təşviq edəcəyini və Ukrayna münaqişəsinin siyasi həllinə çalışacağını vurğulayıb. Lavrov qeyd edib ki, Rusiya Ukrayna böhranının siyasi həlli ilə bağlı Çinin mövqeyi ilə razıdır, bu məsələdə Çinin konstruktiv rolunu yüksək qiymətləndirir və alqışlayır”, - Çin Xarici İşlər Nazirliyindən bildirilib.

Avqustun 5-6-da Ciddə şəhərində Ukraynada müharibəyə son qoyulması ilə bağlı müzakirələr aparılıb. Toplantıya Çin, ABŞ və Avropa ölkələri də daxil olmaqla 40-dan çox ölkənin nümayəndələri qatılıb. Çinin sammitdə iştirakı Rusiyada narahatlığa səbəb olub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15