Bazar, 19 May

Bu nömrəyə sms göndərməsiniz CƏRİMƏ GƏLƏCƏK - VİDEO

image

Parkinqlə bağlı yeniliklər qüvvəyə minib.

Yeni qaydalarda avtomobilin dayanmasına və ona görə ödəniləcək məbləğin hansı formada olmasıda öz əksini tapıb.

Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı yalnız nağdsız qaydada həyata keçiriləcək.

Əvvəlcədən də qeyd olunduğu kimi, ödənişlər mobil tətbiq, sms və ödəmə terminalı vasitəsilə ediləcək. Ödənişli parklanmanın tətbiqinə ilk olaraq mərkəz və 1-ci zona olmaqla, mərhələli şəkildə başlanılacaq Sürücülər avtomobili park etdikdən dərhal sonra mobil tətbiqi açmalı və parklanmanın başladığını təsdiq etməlidirlər.

Parklanma yerlərində müəyyən olunmuş parklanma qaydalarına riayət olunması, ödəmələrin həyata keçirilməsinə nəzarət, o cümlədən ərazidə maarifləndirmə və məlumatlandırma məqsədilə nəzarətçilər, eləcə də "Nəqliyyat Könüllüləri" prosesə cəlb olunacaqlar.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41