Cümə, 17 May

Azərbaycanda sərnişin avtobusu yanıb - VİDEO

image

Sumqayıtda sərnişin avtobusu yanıb.

Bu barədə məlumat "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə 6-cı mikrorayon ərazisində, Novxanı istiqamətində gedən yolda qeydə alınıb. 

Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinə müaciət etdik. 

Qurumdan sorğusuna cavab olaraq bildirildi ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, avtobusun hərəkətdə olduğu zaman tüstülənərək mühərrik hissəsinin yanmağa başladığı müəyyən olunub.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən avtobusun digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58