Çərşənbə axşamı, 30 Aprel

Sabiq baş həkim dələduzluqda ittiham olunur

image

“Gəncə Dəmir Yolu Xəstəxanası”nın sabiq baş həkimi Vidadi Seyidov cinayət məsuliyyətinə cəlb edilib.

Əldə etdiyimiz xəbərə görə, V. Seyidov 9 nəfərə yalan vəd verərək onların külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan olunub.

Keçmiş baş həkim barəsində əvvəl həbs qətimkan tədbiri seçilsə də, sonradan o, ev dustaqlığına buraxılıb.

Hazırda iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, V.Seyidov iki il əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinə məxsus “Gəncə Dəmir Yolu Xəstəxanası” MMC-nin baş həkimi vəzifəsindən azad olunub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42