Çərşənbə, 15 May

DƏHŞƏTLİ XƏBƏRDARLIQ: Yüzlərlə əsgər sərhədçi kimi geyinib, ölkəyə girəcək və...

image

Polşanın baş naziri Mateuş Moravietski "Vaqner" üzvlərinin Avropa Birliyi sərhədini keçmələri barədə xəbərdarlıq edib və məsələni “hibrid müharibə” adlandırıb.

Xəbər verilir ki, "Vaqner" üzvlərinin Belarusdan qeyri-qanuni miqrasiyaya da kömək edə biləcəyini deyən Moravietskiyə görə, təxminən 100 döyüşçü Polşa-Litva sərhədinə çox yaxın olan Qrodno şəhəri ətrafında yerləşdirilib.

Moravietski bildirib ki, muzdlu döyüşçülər Polşanın Rusiyanın Kalininqrad vilayətini Belarusdan ayıran və Polşa ilə Litva arasında 95 km-lik sərhəd xəttini təşkil edən Suvalki dəhlizinə doğru hərəkət edə bilərlər.

Polşalı nazirin iddialarına görə, yüzlərlə muzdlu əsgərlər miqrantların Avropa İttifaqı ölkələrinə keçməsinə kömək etmək üçün Belarus sərhədçiləri kimi geyinə və ya Aİ-yə daxil olmaq üçün özlərini miqrant kimi göstərə bilərlər.

"İndi vəziyyət daha da təhlükəli hal alır. Bu, şübhəsiz ki, Polşa torpağına qarşı hibrid hücumdur" -  o deyib.

Qeyd edək ki, iyun ayında Rusiya hökumətinə qarşı qısamüddətli üsyandan və çevriliş cəhdindən sonra minlərlə Vaqner döyüşçüsü Belarusa keçib. Belə ki, onlara iki seçim verilib: ya Rusiyanın yaxın müttəfiqi olan Belarusa getmək, ya da nizami rus ordusuna qoşulmaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00