Şənbə, 18 May

İranda məşhur aktrisa həbs olundu - FOTO

image

İranda tanınmış aktrisa Şöhrə Qəmər saxlanılıb.

Xəbər verilir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat verib.

“Tasnim Nyus”un bununla bağlı yaydığı xəbərə görə, Şöhrə Qəmərə qarşı son günlər sosial mediada təhqiredici məzmunlu paylaşımlar etdiyi ilə bağlı ittiham irəli sürülüb.

“Cəmiyyətdə psixoloji inamsızlıq hissinə səbəb olan təhqiramiz materiallar paylaşdığına görə Şöhrə Qəmər adlı aktrisaya qarşı cinayət işi açılıb”, - deyə yayılan xəbərdə bildirilib.

Qeyd edək ki, məşhur aktrisa sosial media hesabında insanların, xüsusilə də qadınların geyiminə müdaxilə edən hökuməti kəskin tənqid atəşinə tutub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41