Bazar, 19 May

“Paşinyan açıq şəkildə deyir ki, Qarabağ Azərbaycanın bir hissəsidir”

image

“Bakı ilə Stepanakertin dialoq aparacağı tezisi sadəcə formallıqdır. Baş nazir bununla insanları aldadır”. 

Xəbər verilir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan yayımladığı videoda deyib.

“Paşinyan açıq şəkildə deyir və qəbul edir ki, Qarabağ Azərbaycanın bir hissəsidir və bu, belə də qalacaq. Ermənistanın isə bunun müqabilində heç bir tələbi yoxdur. Paşinyanın siyasəti axırda ona gətirib çıxaracaq ki, sənəd imzalansa, 120 min əhalisi (?) olan “Artsax” sonda tamamilə dağılacaq”.

Xatırladaq ki, eks-nazir dəfələrlə Paşinyan iqtidarını sərt tənqid edən fikirlərlə gündəmə gəlmiş və onu Qarabağı “satmaq”da ittiham edib. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41