Çərşənbə axşamı, 30 Aprel

20-ci əsrin ən təhlükəli amerikalı hakerlərindən biri vəfat etdi - FOTO

image

20-ci əsrin ən təhlükəli amerikalı hakerlərindən biri, həbsdən çıxdıqdan sonra informasiya təhlükəsizliyi üzrə mütəxəssisə çevrilən Kevin Mitnik 59 yaşında Las-Veqasda vəfat edib.

Ölümə səbəb mədəaltı vəzi xərçənginin yaratdığı fəsadlar olub.

Mitnik bir il əvvəl xəstəlik diaqnozu qoyulduqdan sonra Pittsburq Universitetinin Tibb Mərkəzində müalicə alıb.

1990-cı illərdə o, bütün ölkə üzrə kompüterlərdən istifadəçilərin kredit kartı məlumatlarının olduğu minlərlə faylı oğurlayıb, müxtəlif kompüter sistemlərinə və telefon şəbəkələrinə ziyan verib. ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları Mitniki “dünyada ən çox axtarılan kompüter hakeri” adlandırıblar. 1995-ci ildə, təxminən iki il axtarışda olandan sonra Mitnik Federal Təhqiqatlar Bürosu tərəfindən həbs edilib, ona qarşı telefon məlumatlarına qeyri-qanuni giriş və kompüter fırıldaqçılığı üzrə ittiham irəli sürülüb.

1998-ci ildə hakerin bir qrup tərəfdarı “The New York Times” saytını bir neçə saat ərzində ələ keçirib və administrasiyanı saytın fəaliyyətini dayandırmaq məcburiyyətində qoyub.

Bir il sonra Mitnik dələduzluq üzrə özünü günahkar bilib və 10 ilə yaxın həbs cəzasına məhkum edilib. 2000-ci ildə azadlığa çıxdıqdan sonra o, təhlükəsizlik üzrə məsləhətçi kimi işləməyə başlayıb, yazıçı və publisist kimi fəaliyyət göstərib.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42