Cümə, 17 May

Onlar müharibənin bitməsində maraqlı deyil - Zelenski bilir

image

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı danışıqların vaxt itkisi olduğunu deyir. Əlavə edir ki, bunun üçün demokratiyanın olmaması, korrupsiya ilə mübarizə və digər şərtlərdən bəhs etmək mənasızdır. Çünki münaqişə gedən ölkənin NATO-ya üzvlüyü mümkün deyil, bunu Ukraynaya deməlidirlər.

Əslində Bolton hamının bildiyini deyir. NATO Nizamnaməsinin 5-ci maddəsi bunu mümkünsüz edir, əgər Ukrayna Alyansa qəbul olunacaqsa, bu, NATO-nun avtomotik olaraq Rusiya ilə müharibəyə qoşulması deməkdir. Kiyevi qəbul etmək üçün NATO ya nizamnaməni dəyişdirməlidir, ki bu Alyansın ümumiyyətlə mövcudluğunu sual altına salır, ya da Rusiya ilə müharibəyə qoşulmalıdır. Hərçənd, hər iki halda NATO yenə müharibəyə daxil olmuş hesab ediləcək.

Alyans üzvlərinin haqlı səbəbləri var: müharibəyə qoşulmaq istəmirlər;

Ukrayna da haqlıdır: ərazi bütövlüyünü bərpa etmək, rus işğalından xilas olmaq istəyir.

Lakin Ukraynaya “yox” da deyilmir, “prosedurun sadələşdirilməsi” ilə üzvlük vədi davam edir. Əvəzində G-7 səviyyəsində təhlükəsizlk zəmanətləri verəcəklər və hesab edirlər ki, bu Putinə böyük siqnal olacaq, Avropaya da sülhü gətirəcək. Aydındır ki, Avropa paytaxtlarında əyləşənlər Ukraynada müharibənin bitməsində maraqlı deyil, bir qismini isə döyüş Ukraynada getdiyi müddətdə o qədər də maraqlandırmır.

Bu yanaşmaya ən real cavabı elə Zelenskinin özü verib: “Ukrayna açıq şəkildə başa düşür ki, müharibə davam edərkən o, NATO-ya üzv ola bilməz... Lakin bu gün ilk dəfə olaraq, uyğun şərtlər olduqda Ukraynanın NATO-ya üzv olacağına əminlik səsləndi. Bununla belə demək istəyirəm ki bu (uyğun şərtlər), yer üzü təhlükəsiz olanda olacaq”.

Ukrayna da bu vədlərə inanmır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58