Çərşənbə axşamı, 30 Aprel

Azərbaycanlı avtoritet haqda çəkilən film: “Vəziyyət həqiqətən, çox pisdir...”

image

Türkiyəli prodüser Raci Şaşmazın azərbaycanlı kriminal avtoritet haqqında film çəkəcəyi xəbəri müzakirələrə səbəb olub.

Belə ki, Türkiyənin vaxtilə ən baxımlı seriallarından olan “Kurtlar vadisi” serialının ssenaristi Bahadır Özdener və Raci Şaşmaz azərbaycanlı kriminal avtoritet Elnur Qasımov haqqında film çəkmək istəyirlər.

Xəbərə əsasən, müzakirələri davam edən serialın süjet xətti İstanbulda mafiya liderləri arasında baş verən qarşıdurmalar əsasında qurulacaq.

İstanbulda öldürülən mafiya başçıları - serb Vukotiç, azərbaycanlı Elnur Qasımov və digərləri ilə bağlı hadisələr ssenarinin əsas süjet xəttini təşkil edəcək 

Bu xəbər Azərbaycan cəmiyyətində birmənalı qarşılanmadı. Bəziləri döyüşdə həlak olan igid oğullar yerinə, kriminal avtoritet haqqında film çəkilməsinə etiraz edib. 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Rasim Balayev bildirib ki, bu film Azərbaycan mədəniyyətinə ciddi töhfə verə bilməz:

"Bu gün Azərbaycanın igid balaları haqda filmlər çəkilmir. Bu, ən yaralı yerimizdir. Azərbaycanda şəhidlər, qəhrəmanlar haqda keyfiyyətli filmlər çəkilməlidir. Bunu xaricilər yox, elə özümüz çəkməliyik. Hələ ki, ancaq bu haqda söhbətlər gedir, amma işi ortaya  qoyan yoxdur. 

İnanıram ki, nə vaxtsa, bizimkilər bunu edəcək. Bu gün vəziyyət həqiqətən, çox pisdir, insanlar kriminal aləmə, avtoritetlərə maraq göstərirlər. Uşaqları qəhrəmanlıq ruhunda, sağlam düşüncəli vətəndaş kimi böyütmək hər bir cəmiyyət üçün vacibdir. Amma qəhrəmanın kim olmasının da uşaqların düzgün tərbiyəsində əhəmiyyəti böyükdür. Son vaxtlar uşaqların, yeniyetmə və gənclərin özlərinə ideal seçdikləri "qəhrəmanlar”ın kriminal avtoritetlər olması bizim üçün ciddi təhlükədir. 

Biz o vaxt elə filmlər çəkirdik ki, insanlar baxdıqca daha nizamlı, vicdanlı olmağa, daha faydalı vətəndaş olmağa çalışırdılar. Kriminal avtoriteti nümunə götürən yeniyetmənin gələcəyi necə olacaq?! Bunun Azərbaycan gəncliyinə heç bir xeyri yoxdur. Uşaqlar "vor zakon” olmaq arzusu ilə böyüyürlər". 

Aktyorun sözlərinə görə, bu cür halların artmasında sosial şəbəkələrin və telekanalların "əməyi" böyükdür:

"Son vaxtlar sosial şəbəkələrdə “oğru” aləminin nümayəndələri, avtoritetlər haqqında geniş məlumatlar yayılır. Mətbuat bunları dərc edir. Kriminal aləminin jurnalistlər tərəfindən bu dərəcə işıqlandırılması səhvdir. Bu, insanlarda avtoritetlərə qarşı maraq oyadır, həvəsləndirir ki, onlar kimi məşhur olsunlar.

Telekanallarımız da, sosial şəbəkələr də, mətbuat da bu gün gənclərimizi pozur. Efirə gedən şoular, axmaq-axmaq mövzular insanları yanlış istiqamətə yönəldir, televizoru açıb bir dənə ibrət götürməli söz eşidə bilmirsən. Efirə nümunəvi adamlar çıxmır. Qəhrəmanları, cəmiyyətə faydalı insanları televiziyada göstərmək lazımdır. Kanalı açanda onları görməliyik ki, gənclər, yeniyetmələr özlərini onlara bənzətməyə çalışsınlar, idealları həmin şəxslər olsun. Bu gün efirdə elə şeylər danışırlar ki, adam lap dəhşətə gəlir". 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42