Şənbə, 18 May

İranda molla rejiminə etiraz edən müəllimlərin evləri sökülüb

image

Zahidan şəhərində molla rejiminə etiraz edən sünni din müəllimlərinin evləri hökumət qüvvələri tərəfindən dağıdılıb.

Xəbər verilir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, 2008-ci ildə Zahidan şəhərində sənədli icazə ilə müəllimlər üçün evlər tikilib.

Müəllimlər həmin torpaqlara görə müəyyən məbləğ də ödəyiblər. Lakin bu gün səhər saatlarında evlərin tikintisi qanunsuz adlandırılaraq, yerlə-yeksan edilib.

Zahidan şəhər bələdiyyəsinin rəhbərliyi isə bu evlərin aqibəti barədə xəbərsiz olduğunu bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41