Şənbə, 18 May

Qardaş qardaşın başını kəsib - Xaçmazda dəhşətli cinayət

image

Xaçmaz rayonunda əkiz qardaşların meyitinin tapılmasının təfərrüatı məlum olub.

Yerli sakinlərin verdiyi məlumata görə, Bakı şəhər sakinləri - 1992-ci il təvəllüdlü İsgəndərov Orxan Mirzə oğlu rayonun Yalama qəsəbəsi, Meşəli kəndinə babasına məxsus mülkün ona aid olduğunu bildirib.

Xəbər verilir ki, daha sonra onun əkiz qardaşı Kamranla arasında əlbəyaxa dava düşüb. Bu zaman qardaşlardan biri bıçaqla digərinin başını kəsib, sonra özünə xəsarət yetirib. Nəticədə hər iki şəxs ölüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq edilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41