Cümə axşamı, 16 May

Rusiya taxıl bazarı alt-üst oldu: daha 3 beynəlxalq treyder getdi

image

Bu gündən etibarən dünyanın ən böyük taxıl treyderlərindən 3-ü Rusiyadakı fəaliyyətini tamamilə dayandırır.

Məlumata görə, “Cargill”, “Viterra” və “Louis Dreyfus” birlikdə Rusiyanın taxıl ixracının 16 faizini təmin edirdilər. Hər üç şirkət gedişi ilə bağlı Rusiya Kənd Təsərrüfatı Nazirliyini mart ayından məlumatlandırmışdı.

Rusiya Taxıl İxracatçıları İttifaqının rəhbəri Eduard Zernin bildirib ki, gedən şirkətlər ölkənin taxıl bazarının inkişafında mühüm rol oynayıblar. Onların ixrac həcmlərini yerli şirkətlərin doldurması çətin, amma mümkün məsələdir.

Rusiya mənbələrinin məlumatına əsasən, 3 şirkət Qara dənizlə taxıl ixracında 20 faiz, Qafqaz limanlarından ixracda 13 faiz paya malik olub. Rusiya Aqrar Konyuktur İnstitutunun rəhbəri Dmitri Rılkoya görə, xarici şirkətlərin gedişi ölkənin taxıl bazarında rəqabət mühitinə mənfi təsir göstərəcək: “Bu şirkətlərin yerini dövlət şirkətləri tutacaqsa, bu, satışda rəqabət mühitini zəiflətməklə aqrar istehsalçılara zərbə vuracaq. Bizim cənubdakı istehsalçılarımız alıcı seçiminə öyrəşiblər. Bu şirkətlər belə seçim imkanı yaradırdılar və sonda rəqabətli qiymət formalaşırdı, istehsalçı uduzmurdu. İndi belə seçim imkanı qat-qat azalacaq, qiymət rəqabətliliyi mənfi təsirə məruz qalacaq”.

Rəsmi statistikadan aydın olur ki, “Viterra” 2022-2023-cü il mövsümündə 3,7 milyon ton, “Cargill” 2,3 milyon ton, “Louis Dreyfus” isə 1,2 milyon ton Rusiya taxılını ixrac ediblər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00