Cümə axşamı, 16 May

On gün əvvəl barışdığı arvadını, sonra özünü bıçaqladı - Yenilənib

image

Gəncədə kişi arvadını bıçaqlayıb, sonra özünə bıçaqla xəsarət yetirib.

Xəbər verilir ki, hadisə şəhərin Sevinc qəsəbəsində qeydə alınıb.

34 yaşlı Ramin İmanov həyat yoldaşı, 35 yaşlı Şəhla Bayramova ilə mübahisə edib. Daha sonra arvadına 12 bıçaq zərbəsi vurub, özünə də bıçaqla xəsarət yetirib. Hər iki şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Qeyd edək ki, cütlük bir il əvvəl boşanıb, lakin təxminən 10 gün bundan öncə yenidən barışıb. Onların 3 azyaşlı övladı var.

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

***
Gəncə Şəhər Prokurorluğu hadisə barədə məlumat yayıb. Bildirilib ki, iyulun 1-də 1988-ci il təvəllüdlü Şəhla Bayramova və 1989-cu il təvəllüdlü Ramin İmanovun xəsarətlərlə xəstəxanaya daxil olmaları barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla Ramin İmanovun Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən yaşayış evində Şəhla Bayramovaya kəsici-deşici alətlə xəsarətlər yetirərək öldürməyə cəhd etməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00