Çərşənbə, 15 May

Madonna xəstəxanaya yerləşdirildi

image

Məşhur ABŞ-li müğənni Madonna xəstəxanaya yerləşdirilib.

Xəbər verilir ki, bunu sənətçinin meneceri Qay Osiri BBC-yə açıqlamasında bildirib.
Ətraflı

Onun sözlərinə görə, 64 yaşlı ulduz reanimasiya şöbəsindədir, ona bakterial infeksiya diaqnozu qoyulub.

Qay Osiri bildirib ki, Madonnanın səhhəti yaxşılaşır, lakin o, hələ də həkim nəzarətindədir. Bu baxımdan sənətçinin dünya turu təxirə salınmalı olub.

Qeyd edək ki, Madonna ilin əvvəlində 35 konsertdən ibarət dünya turu planlarını açıqlayıb. Müğənni konsertlərini “Bayram” sinqlının işıq üzü görməsinin 40 illiyinə həsr etmək qərarına gəlib. Ulduz tura iyulun 15-də Kanadanın Vankuver şəhərində başlamağı planlaşdırırdı.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00