Bazar, 19 May

Putin: “Rusiya Federasiyasında Qurana hörmətsizlik cinayətdir”

image

“Rusiya Qurana və müsəlmanların dini hisslərinə dərin hörmət bəsləyir. Rusiya Federasiyasında bu müqəddəs kitaba hörmətsizlik etmək cinayətdir”.

Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O, bildirib ki, belə bir təcrübə heç də bütün ölkələrdə geniş yayılmayıb.

“Bu, müsəlmanlar üçün müqəddəsdir və digərləri üçün də müqəddəsdir. Biz bilirik ki, başqa ölkələrdə fərqli davranırlar - insanların dini hisslərinə hörmət etmirlər və hələ deyirlər ki, bu, cinayət deyil”, - dövlət başçısı Dərbənddəki Cümə məscidinə ziyarəti zamanı bəyan edib.

“Bizim ölkədə bu, həm Konstitusiyaya, həm də Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci maddəsinə əsasən cinayət sayılır. Bu cinayət hörmətsizlik və konfessiyalararası nifaq salmaqdır”, - Putin qeyd edib.

“Biz həmişə bu qanunvericilik qaydalarına riayət edəcəyik”, - deyə o, əmin edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41