Cümə, 17 May

Lerikdə turla istirahətə gedən şəxs dərəyə düşərək öldü 

image

Lerikdə bədbəxt hadisə nəticəsində istirahətə gedən şəxs ölüb. 

Xəbər verilir ki, Səngəçal qəsəbə sakini 1968-ci il təvəllüdlü Füzuli Seyfulla oğlu Hacıyev turla Lerik rayonuna istirahətə gedib. Lerikdə F.Hacıyev turdan (qrupdan) bir az aralanaraq, dərəyə tərəf baxmağa gedib. Bu zaman onun ayağı sürüşüb və təqribən 80 metrlik dərəyə düşüb. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin( FHN) Cənub mərkəzinin xüsusi riskli xilasetmə qüvvələri cəlb olunub. Görülən tədbirlər nəticəsində F.Hacıyevin meyit dərədən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58