Cümə, 17 May

Sumqayıtda top mərmiləri tapıldı - VİDEO

image

Sumqayıtda hərbi sursat tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisində hərbi sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd 85mm-lik OF-365 və 1 ədəd 76mm-lik OF-350 top mərmisinin gövdəsi olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58