Cümə, 17 May

Kabildə məscid partladıldı - Ölənlər var

image

Kabilin Şəkər Dərə dairəsindəki məsciddə cümə namazı zamanı baş verən partlayış nəticəsində azı 4 nəfər dindar ölüb, 20-dən artıq da yaralı var.

Xəbər verilir ki, polisdən verilən məlumata görə Hacı Bəxşi Məscidinin içərisində gizlədilən bombanın partlaması nəticəsində xəsarət alanlar arasında məscidin imamı da var. Yerli mənbələr isə hadisə nəticəsində azı 10 nəfərin öldüyünü bildirir.

Bu hücumun məsuiliyyətini hələlik heç bir qrup üzərinə götürməyib.

Xatırladaq ki, bu gün hökumətlə “Taliban hərəkatı arasında imzalanmış üçgünlük atəşkəsin ikinci günüdür. Ötən gün, atəşkəsin birinci günündə ölkənin Pərvan əyalətində də bir məscidin ramazan namazı zamanı atəşə tutulması nəticəsində 8 nəfər dindar öldürülmüş, 5-i də yaralanmışdı.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58