Cümə, 17 May

Yolların açılmasına dair üçtərəfli sənəd hazırdır - Overçuk

image

"Biz Azərbaycan, Ermənistan və Rusiya Federasiyası baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupu formatında görüş keçirdik və nəticədə hərtərəfli sənəd formalaşdırıldı".

Xəbər verilir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

O əlavə edib: "Həmin sənəd bəyan edir ki, regionda nəqliyyat əlaqələrinin açılması Yerasx (Arazdəyən) - Culfa - Meğri - Horadiz marşrutu ilə uzanan dəmir yolunun bərpası ilə başlayacaq və tərəflərin suverenliyinə hörmət əsasında əsas Azərbaycanla Ermənistan sərhədlərindən keçid yanaşmalarını müəyyənləşdirir.

Tərəflərdən heç biri bu yolun ayrı-ayrı hissələrinin onların yurisdiksiyasında olmasını şübhəyə almır.

Beləliklə, yola münasibətdə Azərbaycanda Azərbaycan qanunvericiliyi, Ermənistanda isə Ermənistan qanunvericiliyi tətbiq olunacaq. Əslində, , bunlar aydın mətləblərdir, lakin iki dövlət və xalq arasında yaranmış münasibətləri nəzərə alaraq, bütün bunlar şərtləndirilməlidir.

Yaxın tarix boyu Ermənistanla Azərbaycan arasında heç bir əlaqə olmayıb, Rusiya prezidenti Vladimir Vladimiroviç Putinin birbaşa iştirakı ilə dayandırılmış müharibə olub. Lakin iki ölkə sərhədində hələ də silahlı toqquşmalar baş verir və insanlar ölür. Əlbəttə, vəzifədaşlarım üçün belə bir şəraitdə işləmək çox çətindir, lakin onlar dövlət rəhbərlərinin inkişaf etdirməyi bizə həvalə etdiyi qərara görə öz tarixi məsuliyyətlərini hiss və kommunikasiyaların blokadadan çıxarılması istiqamətində işləri davam etdirirlər".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41