Cümə axşamı, 16 May

Laçın postuna hücumun detalları: “Ermənistanın itkiləri çox idi...” - Polkovnik

image

Son zamanlar Ermənistan tərəfindən törədilən bütün təxribatlar məqsədyönlü şəkildə edilir. Burada hər hansı təsadüfi hal yoxdur. Məqsəd iki tərəf arasında danışıqları pozmaq və hər hansı sənədin imzalanmamasına nail olmaqdır. Yol verilən təxribatın mahiyyəti daha çox diqqəti cəlb edir. Çünki xırda bir insidentlə prosesi pozmaq olmur. Ona görə də, daha çox səs-küyə səbəb olan təxribat törədilməli idi.

Xəbər verilir ki, bunu hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, erməni tərəfinin Naxçıvan istiqamətində təxribatı onlar üçün effektiv olmadı:

“Bu səbəbdən Laçın sərhəd-buraxılış postu seçildi. Çünki ermənilərin artıq bu sərhəd-keçid məntəqəsindən keçidi sərbəst şəkildə təşkil edilir. Prosesi pozmaq üçün təxribatı məhz bu ünvana salmışdılar. Sadəcə Dövlət Sərhəd Xidmətinin orada nizamnamə qaydalarına uyğun işini qurması və müəyyənləşmiş prosedurların icra edilməsi qarşı tərəfi ciddi narahat edir”.

Polkovnik hesab edir ki, bu təxribatda rus sülhməramlılarının da əli var:

“Azərbaycan əsgərinin nişangah kimi götürülməsi də təsadüfi deyil. Hərbiçimizin şəhid olması ilə daha çox səs-küy yaratmaq, danışıqları pozmaq niyyəti açıq-aşkar görünür. Azərbaycan Ordusunun dərhal orada adekvat tədbirlər görməsi, iki erməni snayperinin sıradan çıxarılması və Ermənistan tərəfinin itkiləri gizlətməsi də diqqətdən yayınmadı”.

Üzeyir Cəfərova görə, Sərhəd Xidməti tərəfindən erməni postunun məhv edilməsi fonunda oradan hansısa bir canlının sağ çıxması mümkün deyil:

“Ona görə də, erməni tərəfi bu təxribatlar fonunda itkilərini nəzərə almalıdır. Bunu sona qədər gizlətmək mümkün olmayacaq. Eyni zamanda Laçın sərhəd postundan keçən rus sülhməramlılarına məxsus avtomobillərin Azərbaycan tərəfindən yoxlanılmasından sonra belə bir təxribatın baş verməsini də sıradan bir hadisə hesab etmək olmaz".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00