Şənbə, 18 May

Şagird siqaretdən zəhərlənib öldü

image

Saratovda yeniyetmə siqaretdən zəhərlənərək ölüb.

Xəbər verilir ki, həkimlər zərərçəkənə bütün lazımi tibbi yardım göstəriblər, lakin yeniyetmə xəstəxanaya yerləşdirildikdən bir neçə gün sonra keçinib.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün hallarının aydınlaşdırılması üçün istintaq-əməliyyat tədbirləri təşkil ediblər.

Xatırladaq ki, mayın 29-da 15 yaşlı oğlan siqaret çəkərək xəstəxanaya daxil olmuşdu. Həkimlər şagirdə ağciyər ödemi və naməlum maddədən zəhərlənmə diaqnozu qoyublar. Yeniyetmə komaya düşüb və bir müddət süni nəfəs aparatında olub. Qeyd olunur ki, rayon Səhiyyə Nazirliyində xəstənin müalicəsi zamanı ürək transplantasiyası məsələsi işlənib, lakin əməliyyatla bağlı qərar qəbul edilməmiş məktəbli dünyasını dəyişib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41