Cümə, 17 May

Krivoy-Roqda xilasetmə işləri başa çatdı: 11 nəfər ölüb - VİDEO - YENİLƏNİ

image

Ukraynanın Krivoy-Roq şəhərində Rusiyanın endirdiyi zərbədən sonra axtarış-xilasetmə əməliyyatı başa çatıb.

Xəbər verilir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak bildirib.

Hücum nəticəsində 11 nəfər həlak olub.

***10:43

Rusiya Silahlı Qüvvələri Ukraynanın Krivoy-Roq şəhərini atəşə tutub.

Xəbər verilir  ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib.

Onun sözlərinə görə, beşmərtəbəli binaya hücum nəticəsində 3 nəfər ölüb, 25 nəfər yaralanıb.

Xəsarət alanlardan 19-u xəstəxanadadır.

Dağıntılar altında qalanların olduğu bildirilir.

Məlumata görə, hava hücumundan müdafiə qüvvələri 3 qanadlı raketi məhv edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58