Çərşənbə axşamı, 30 Aprel

Boksçularımız Gürcüstanda 13 medal QAZANDILAR

image

Kutaisi şəhərində yeniyetmə boksçular arasında beynəlxalq turnir keçirilib.

Federasiyadan verilən məlumata görə, Azərbaycan yığması Gürcüstan, Özbəkistan, İsrail və Latviya millilərinin də qatıldığı yarışı 13 medalla başa vurub.

Baş məşqçi Vaqif Kazımovla məşqçi Teymur Məmmədovun rəhbərlik etdiyi komandada Bilalhəbəşi Nəzərov (46 kq), Eldar Abdullazadə (52 kq) və Orucəli Cavadzadə (57 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olublar. Yalnız finalda uduzan Mircəlal Mirağayevlə (75 kq) İlkin Məmmədli (+80 kq) ikinci yerlə kifayətləniblər.

Digər boksçularımızdan Ucal Musayev (46 kq), Zidan Hümbətov (48 kq), Sübhan Babayev, Əli Baxışov (hər ikisi 50 kq), Faiq Mollayev (52 kq), Elbrus Kərimli (54 kq), Hüseyn Hüseynli (80 kq) və Məhəmməd Cəfərov (+80 kq) isə turniri bürünc medalla bitiriblər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42