Bazar ertəsi, 24 İyun

Ərdoğan Tokayevə ZƏNG ETDİ

image

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb.

Xəbər verilir ki, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

Qeyd olunub ki, Türkiyə Prezidenti Abay rayonunda baş vermiş güclü yanğınlar nəticəsində insanların həlak olması ilə əlaqədar Tokayevə və qardaş Qazaxıstan xalqına dərin hüznlə başsağlığı verib.

Söhbət zamanı liderlər ikitərəfli əməkdaşlıq məsələlərini də müzakirə edib.

Xatırladaq ki, Abay rayonunda 60 min hektar ərazini əhatə edən meşə yanğını nəticəsində 14 nəfər həlak olub. Qazaxıstanda bir günlük matəm elan edilib, ölkədə bayraqlar yarıya endirilib

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

12 nəfəri gün vurub

  • 20.06.2024 - 12:25
image

Sabunçuda qaz olmayacaq

  • 20.06.2024 - 09:40