Cümə axşamı, 16 May

18 metrlik “ördək” Honkonq sularında boşaldı - FOTO/VİDEO

image

Bu gün Honkonqdakı Viktoriya Limanında “Florentin Hoffmannın iki ördəyi” instalyasiyasının açılışı olub. Bu dəfə ördək balaları iki dənə olub. Hollandiyalı rəssam bunun ikiqat şans gətirdiyini deyib.

Ancaq açılışdan bir neçə saat sonra quşlardan birinin havası boşaldılıb. Təşkilatçılar bunu anomal isti ilə izah ediblər. Onların sözlərinə görə, fiqurun daxilində hava təzyiqinin artması səbəbindən 18 metrlik rezin ördəklərdən birinin səthi həddindən artıq dartılıb. Potensial risklərdən qaçmaq üçün dərhal onu boşaltmaq qərarı alınıb.

Fiqur boşaldıqdan sonra sahildə şəkil çəkdirmək istəyənlərin sayı daha da artıb. Sonradan təşkilatçılar onu yenidən şişirtməyə, ya da yedəkləməyə cəhd etməyiblər.

Qeyd edək ki, nəhəng sarı ördək formasındakı quraşdırma 2007-ci ildə Hoffmann tərəfindən yaradılıb. Müəllif layihəsinə görə, quş dünyanı gəzməli və Yer kürəsinin müxtəlif yerlərində görünməlidir.

2013-cü ilin sentyabrında ördək Bakıda da olub.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58