Cümə, 26 Aprel

Qriqoriyan Azərbaycanı ittiham edir, KTMT-dəki həmkarları qulaq asır - ŞƏRH

image

İşləriylə əməllərində daim təzadlar olan Ermənistan hakimiyyəti imkan düşən kimi Azərbaycan əlehinə bəyənatlar səsləndirir. Müxtəlif beynəlxalq tədbirlərdə, ayrı-ayrı platformalarda Azərbaycanı ittiham edən Ermənistan tərəfi bu dəfə KTMT kürsüsündən anti-Azərbaycan əleyhinə danışıb.

Arxamızca danışmaq növbəsi isə bu dəfə Ermənistan Təhlükəsizlik Şurasının Katibi Armen Qriqoryanın olub. KTMT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin növbəti iclasında çıxış edən Qriqoryan Azərbaycanı ittiham edib. Bildirib ki, guya Azərbaycan bölgədə güc tətbiqi siyasətini davam etdirir və əldə edilən razılaşmaların icrasına mane olur.

Daim ölkəmizə qarşı şər-böhtan kampaniyasından istifadə edən Ermənistan hakimiyyətinin məqsədi aydındır. 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan hazırkı geosiyasi vəziyyətdən sadəcə başını itirib. On noyabr bəyanatında üzərinə götürdüyü öhdəliklərə əməl etməyən erməni tərəfi özünü süddən çıxmış ağ qaşıq kimi təqdim etməyə çalışsa da, beynəlxalq qurumlarda ermənilərin mahiyyətini çox gözəl bilirlər.

Ermənistanın Təhlükəsizlik Şurası katibinin hər gün dəyişən mövqeyi də dövlətinin yürütdüyü siyasət kimidir. Qriqoryan KTMT-də çıxışı zamanı deyib ki, guya Azərbaycan Ermənistan ərazisini işğal edib və Laçın yolunda qurulan sərhəd keçid məntəsəsi ermənilər üçün qəbul edilməzdir. Amma Qriqoryan bütün bunların Azərbaycanın suveren ərazisində aparıldığını unudub.

Çox güman ki, həmin toplantıda bu mövzuyla bağlı ona irad bildirən də olmayıb. Yəni Qriqoryan danışıb, onlar isə qulaq asıb. Əslində isə həmin təşkilatda təmsil olunan ölkələrin nümayəndələri bölgədə nəyin baş verdiyini çox gözəl anlayırlar.

Onlar da bilməmiş deyillər ki, otuz il Azərbaycan ərazilərini işğal altında saxlayan bir ölkənin rəsmi şəxsi yalan danışır və sadəcə erməni tərəfinin bu cəhdi siyasi manipulyasiyadan başqa bir şey deyil.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33