Cümə, 26 Aprel

Bu şəhərdə hamam və avtoyuma məntəqələri BAĞLANDI - SƏBƏB

image

Bişkek meriyası böyük miqdarda su istehlak edən şəxsi hamamları, avtoyuma məntəqələrini və hovuzları müvəqqəti bağlayıb.

Xəbər verilir ki, bu barədə şəhər administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, bu səbəbdən şəhər rəhbərliyi mütəmadi olaraq içməli sudan istifadə ilə bağlı reydlər və əhali ilə izahat işləri aparır.

Meriya etiraf edir ki, yay aylarında şəhərdə suyun verilişində fasilələr yaranır. Problemin əsas səbəbi kimi yaşıllıqların və təsərrüfat sahələrinin suvarılması üçün içməli sudan səmərəsiz istifadə göstərilir.

Məlumata görə, şəhərdə gün ərzində adambaşına orta hesabla su sərfi 170 litrdən 410 litrə yüksəlib.

Bildirilib ki, paytaxtın 40%-dən çoxunu su ilə təmin edən “Orto-Alış” magistral suqəbuledici məntəqəsində qrunt sularının səviyyəsinin azalması vəziyyəti daha da gərginləşdirib.

Paytaxt rəhbərliyi suyun olmamasına görə Bişkek sakinlərini günahkar hesab edir və abonentləri resurslardan məsuliyyətlə istifadə etməyə çağırır.

Qeyd edək ki, 2023-cü il iyunun 1-dən Bişkekdə bir sıra kommunal xidmətlər üçün tariflər artırılıb.

Məsələn, soyuq suyun tarifləri aşağıdakı kimi artıb:

???? əhali üçün – hər kubmetr üçün 8,1 somdan (0,092 ABŞ dolları) 10,45 soma (0,12 ABŞ dolları) (vergilər istisna olmaqla);
???? büdcə təşkilatları üçün – 9,1 somdan (0,10 ABŞ dolları) 12,95 soma (0,15 dollar);
???? digər istehlakçılar üçün – 13 somdan (0,15 dollar) 18,5 som (0,21 dollar) qədər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33