Şənbə, 15 İyun

Vasif Talıbov şeir yazmağa başlayıb: Vəsiyyətini də edib...

image

Beş ay öncə Naxçıvanda antikorrupsiya tədbirləri start götürdü. Bir müddət sonra isə bu, siyasi prosesə çevrildi. Əvvəl hakimiyyət ideoloqları israrla deyirdilər ki, burda siyasi amil axtarmağa gərək yoxdur, sıradan korrupsiyaya qarşı mübarizə tədbiridir.

Günlər bir-birini əvəzlədikcə durum dəyişməyə başladı. Muxtar respublikadan gələn xəbərlər, ən əsas da prosesin gedişatı heç də sıradan olmayan vəziyyəti üzə çıxardı. Naxçıvanda bu cür səs-küylü həbslərlə müşayiət olunan əməliyyatın keçirilməsinə sıradan olay kimi baxmaq mümkün deyildi. Vasif Talıbov personası bunu istisna edirdi.

Bəziləri iddia edir ki, əvvəldən Naxçıvanla bağlı bu miqyasda əməliyyat keçirmək nəzərdə tutulmayıb. Sadəcə gömrükdəki yeyinti faktı əsasında müəyyən tədbirlər görüləcəkmiş. Sonra baxıblar ki, 5-6 nəfərin həbsi, işdən çıxarılması ilə bağlı bunu yekunlaşdırmaq mümkün olmayacaq, ona görə də miqyas böyüyüb.

Bunu inkar edən mövqe isə bundan ibarətdir ki, plan əvvəldən hazırlanıb. Gömrükdəki yeyinti faktına istinad edib Talıbovların taxtına qədər gedib çıxmaq əvvəldən nəzərdə tutulub. Sadəcə təzə-təzə buna sıradan antikorrupsiya tədbiri donu geyindirilib ki, Vasif Talıbov və klanı çox duyuq düşməsin, özünümüdafiə tədbirinə əl atmağa macalları qalmasın.

Hər iki versiyanın yaşamaq haqqı var, necə deyərlər. Cəmiyyəti isə nəticə maraqlandırır: Talıbovlar klanı, xanədanı yerlə yeksan edildi, vəssalam. Məmur özbaşınalığının, rəhbər yekəxanalığının ən sonuncu nümayəndələrindən olan, zülmkar obraza malik, Naxçıvana və naxçıvanlılara hakimiyyətdə olduğu 30 ilə yaxın müddət divan tutan bir şəxs zərərsizləşdirildi.

Düzdür, Talıbovlar vaxtaşırı bu və ya digər formada “o qədər də ölməmişik” mesajı verirlər. Oğul Talıbovlar ara-sıra tədbirlərdə görünürlər, kameraların obyektivinə tuş gəlirlər. Amma bu, həlledici məsələ deyil.

Ən maraqlı nüans klanbaşı Vasif Talıbovun gözə dəyməməsidir. İstefasından keçən 4 ay müddətdə onu görən olmayıb.

Ötən həftə Naxçıvan Ali Məclisinin sessiyası keçirildi. V.Talıbov sessiyaya qatılmamışdı. Oğlu Seymur Talıbov iclasda iştirak etsə də, özü yox idi. Hətta Seymurun maşından düşüb Ali Məclis binasına doğru hərəkətinin videosu da yayıldı. Həmin vaxt Ali Məclisin iclas zalından da foto paylaşılmışdı. Seymur Talıbov arxa sırada bir küncdə tənha oturub. Halbuki o, atasının vaxtında ilk sırada əyləşərdi – bunu əks etdirən şəkil də mediada manşet şəkillərindən olmuşdu.

Vasif Talıbov Milli Məclisin də deputatıdır. O, MM-in plenar iclaslarında iştirak etmir. Əvvəllər yenə ara-sıra onu parlamentdə görmək mümkün idi. İstefadan sonra ayağı Milli Məclisin binasına dəyməyib. Əslində qanunla onun mandatı əlindən alınmalıdır. Bəs niyə ona toxunulmur? Bu humanistliyin səbəbi nədir?

Globalinfo.az-a verilən məlumata görə, Vasif Talıbov depressiv vəziyyətdədir. İddia edilir ki, vəzifədən hörmətsiz şəkildə yola salınması keçmiş sədrə pis edib. Zarafat deyil, 30 illik karyerası 1 ayın içində məhv oldu. Bu qədər xidmət, fədakarlıq – heç biri nəzərə alınmadı. Belə əsaslandırılır ki, V.Talıbov dövlətə elə bir xəyanət edib ki, onu bağışlamaq mümkün olmayıb. Həbsdən isə canını zorla qurtarıb…

Yaxınlarının verdiyi məlumata görə Vasif Talıb kədərli şeirlər yazmağa başlayıb. Dünyanın etibarsızlığından, dostların vəfasızlığından, hər şeyin boş, mənasız olmasından yazır. Hətta onun vəsiyyətnamə yazdığı haqda da məlumatlar var.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

“28 May”da kütləvi DAVA

  • 14.06.2024 - 10:33
image

Lavrov Donbasa səfər edəcək

  • 12.06.2024 - 19:22
image

Bu rayonda qaz olmayacaq

  • 12.06.2024 - 15:49