Cümə, 26 Aprel

Kiyev “Dinamo”sunun əfsanəsi müharibəyə qoşuldu

image

Ukrayna yığmasının və Kiyev “Dinamo”sunun sabiq müdafiəçisi Vladislav Vaşuk Ukrayna Milli Qvardiyasının “Burevіy” hücum briqadasının sıralarına qoşulub.

Bu barədə keçmiş futbolçu özünün “Facebook” səhifəsində məlumat verib. 48 yaşlı Vaşuk Ukraynada “rus dünyası” görmək istəmədiyini bildirib.

“Bəli, bu mənim şəxsi qərarım idi. Qohumlar və dostlar hələ də şokdadırlar. Bilirəm ki, bəziləri məni heç vaxt başa düşməyəcək. Amma qələbəmizə, həqiqətən, inanıram. “Rus dünyası”nı öz gözlərimlə gördüm. Mən hər şeyi edəcəyəm ki, ölkəmdə heç kim bunu görməsin və hiss etməsin. Vaxtı gələndə isə müharibə zamanı etdiklərimə dəqiq cavab verə biləcəyəm. Ukrayna Milli Qvardiyası. “Bureviy” hücum briqadası. Əsgər Vladislav Vaşuk. Mən Ukrayna xalqına xidmət edirəm!”, - Vaşuk yazıb.

Qeyd edək ki, 2022-ci ildə Rusiya hərbçiləri Vaşukun Qostomeldəki evindən oğurluq edib, onun bütün mükafatlarını və xatirə əşyalarını aparıblar. Veteran oyunçu müharibənin əvvəlində 15 gün ailəsi ilə birlikdə evin zirzəmisində yaşayıb.

V.Vaşuk 1996 - 2007-ci illərdə Ukrayna yığmasının formasını geyinib. O, 9 dəfə Ukrayna Premyer Liqasının, 6 dəfə ölkə kubokunun, 1 dəfə Ukrayna Super Kubokunun qalibi olub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33