Cümə, 26 Aprel

Quduzluğa yoluxmuş qoyun “qonaqlığı” ilə bağlı yeni detallar: Hücum edən it olmayıb - YENİLƏNİB

image

“Hadisə mayın 15-də Piriyevlər ailəsinin təsərrüfatında baş verib. Təsərrüfatlarında olan qoyunlardan üçünün naxoş olduğunu gördükləri üçün kəsib yeyiblər”.

Hadisə ilə bağlı Oxu.Az-a açıqlama verən Şabran Rayon İcra Hakimiyyətindən məsul şəxs Daşqın Məmmədov deyir ki, Piriyevlər ailəsindən heç kim xəstəxanaya yerləşdirilməyib:

“Hadisə Coşqun Ənvər oğlu Piriyevin təsərrüfatında olub. Üç qoyunu kəsib, bacı-qardaş öz aralarında bölüblər. 20 nəfər də bu ətdən yeyib. Özlərində bir problem hiss etməyiblər. Yəni hadisə bilmədən olub, görüblər ki, heyvan naxoşdur, kəsib yeyiblər. 20 nəfər gedib xəstəxanaya, onlara quduzluğa qarşı peyvənd vurulub. Aralarında uşaqlar var, sadəcə, prosedur qaydasına uyğun nəzarətdə saxlanılırlar. Qoyunların bir hissəsi tələf olub. Digər qoyunlardan analiz nümunələri götürülüb, onlardan 11-də quduzluq aşkarlanıb”.

D.Məmmədov qeyd edib ki, təsərrüfata it yox, çaqqal hücum edib.

12:28

“Şabran rayonunun Qorğan kəndində təsərrüfatlardan birində baş verən hadisə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ciddi nəzarətə götürülüb”.

Bunu məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq AQTA-nın Mətbuat Xidmətinin rəhbəri İlkin Kərimov deyib.

O bildirib ki, hadisənin səbəbləri ilə bağlı agentliyin mütəxəssisləri ilə digər aidiyyəti qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:

“Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək”.

11:28

 

Şabranda bir ailənin 20-yə yaxın üzvü quduzluq xəstəliyi ehtimalı ilə nəzarətə götürülüb.

Xəbər verilir ki, təxminən 20-25 gün əvvəl yırtıcı heyvanlar rayonun Qorğan kəndində təsərrüfatlardan birində qoyunlara hücum edib. Təsərrüfat sahibi yaralı qoyunun ətini fermadakı itlərə verib. Bir müddət sonra qoyunlardan 3-nün xəstələndiyini görən təsərrüfat sahibi onları kəsib və özündən ayrı yaşayan övladlarının ailə üzvlərinin iştirakı ilə qonaqlıq təşkil edib.

Bu yaxınlarda isə təsərrüfatdakı heyvanlarda kütləvi xəstəlik qeydə alınıb və 36 baş qoyundan 10-u tələf olub. Bundan sonra yerli dövlət qurumlarına müraciət edilib.

Şabran Rayon İcra Hakimiyyəti başçısının Qorğan inzibati ərazi dairəsi üzrə nümayəndəsi Orxan Balabəyov bildirib ki, müvafiq dövlət qurumları faktla bağlı məlumatlandırılıb. Ölmüş qoyunlardan götürülən analizlər heyvanların quduzluq xəstəliyinə yoluxduğunu təsdiqləyib. Bununla əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, Şabran Rayon İcra Hakimiyyətinin, Şabran Rayon Baytarlıq idarəsinin, Şabran Rayon Gigiyena və epidemiologiya mərkəzinin nümayəndələri Qorğan kəndinə gəlib və müvafiq tədbirlər görülür.

Təsərrüfat sahibi və həyat yoldaşına quduzluq əleyhinə iynə vurulub. Hazırda həmin qonaqlıqda iştirak edən və xəstə heyvanların ətindən yeyən şəxslər müəyyənləşdirilərək nəzarətə götürülüb.

İlkin ehtimala görə, ailənin 20-yə yaxın üzvü xəstə qoyunların ətindən yeyib.

Orxan Balabəyov bildirib ki, həmin ailənin üzvləri həkim nəzarətindədir və heç birində hər hansı bir narahatlıq müşahidə olunmayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33