Bazar, 19 May

Ağacdan yıxılan kişi ağır xəsarət aldı

image

Zaqatalada ağacdan yıxılan kişi ağır xəsarət alıb.

Xəbər verilir ki, hadisə bu gün günorta saatlarında rayonun Yeni Suvagil kəndində baş verib. Kənd sakini 1967-ci il təvəllüdlü Məmməd Həbibullah oğlu Kamalov yaşadığı ünvanda ağacdan yıxılaraq ağır xəsarət alıb. M. Kamalov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41