Cümə, 17 May

Azərbaycanda vergi sistemində süni intellektin tətbiqi planlaşdırılır

image

“Yaxın gələcəkdə vergi sistemində süni intellektin tətbiq edilməsi istiqamətində müvafiq danışıqlar aparılır”.

Xəbər verilir ki, bu fikirləri  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin media nümayəndələri üçün keçirilən təlimdə qurumun Tədris Mərkəzinin şöbə rəisi İmran Qarayev deyib.

O bildirib ki, vergi sistemində elektron xidmətlərin keyfiyyətini təmin etmək və təhlükəsizliyi artırmaq məqsədilə bu istiqamətdə danışıqlar aparılır:

“Süni intellektlə bağlı məsələ, eləcə də elektron auditin tətbiqi, antikorrupsiya sahəsində beynəlxalq əməkdaşlığın artırılması, daxili və ictimai nəzarətin gücləndirilməsi Dövlət Vergi Xidmətinin perspektivləri sırasındadır”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58