Cümə axşamı, 16 May

Bu ilin ilk Ay tutulması başlayıb

image

Bu ilin ilk Ay tutulması başlayıb.

Xəbər verilir ki, bu, yarımkölgəli Ay tutulmasıdır.

Tutulma hadisəsi Bakı vaxtı ilə saat 19:14:08-də başlayıb və saat 23:31:40-da sona çatacaq.

Tutulmanın maksimumu 21:22:55-də olacaq.

Yarımkölgəli Ay tutulmasını Cənub Şərqi Avropa, Asiyanın böyük hissəsi, Avstraliya, Afrika, Sakit okean, Atlantik, Hind okeanı, Antarktida görmək mümkün olacaq. Tutulma başlayanda Ay üfüqdən aşağıda olduğuna görə tutulma hadisəsi Azərbaycanda 19:38:00-dan etibarən müşahidə olunacaq. Yarımkölgəli Ay tutulmasını görmək çətin olur, çünki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir.

Qeyd edək ki, ikinci Ay tutulması isə oktyabrın 28-də baş verəcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00